Fermentasiya metodları
AĞ ÜZÜM
Ağ üzüm əl ilə yığılır, bir neçə dəqiqəyə şərab zavoduna çatdırılır, orada üzüm saplaqları ehtiyatla çıxarılır və hərəkət zamanı temperaturu azaldaraq pres maşınına göndərilir. Yalnız yumşaq preslənmə altında əldə olunan ilkin şirə, paslanmayan polad çənlərə köçürülür və temperatur nəzarətində (14-16°C) orada təxminən 1 ay fermentasiya olunur.
Fermentasiya edildikdən sonra, şərab dəyişkən müddətə paslanmayan polad çənlərdə yaşlanır. Bu dövr ərzində şərab yetişmək üçün Battonage texnikası vasitəsilə emal olunur. Şərabın az bir hissəsi yüngül bişmiş palıd çəlləkdə 6 aydan çox olmamaq şərtilə yaşlanır.
QIRMIZI ÜZÜM
Qırmızı üzüm əl ilə yığılır, bir neçə dəqiqəyə şərab zavoduna çatdırılır, orada üzüm saplaqları ehtiyatla çıxarılır və üzüm ehtiyatla əzilir və paslanmayan polad çənlərə köçürülür. Rəng ekstraktı prosesini yaxşılaşdırmaq, fermentasiyanın birinci mərhələsində ətiri saxlamaq üçün qabıq və şirə soyudulur.
Fermentasiya ərzində şirə və qabıq gündəlik olaraq sirkulyasiya və Delestage texnikası vasitəsilə emal olunur. Ümumiyyətlə fermentasiya 8 ilə 20 gün arasında davam edir (üzüm növündən və enoloji hədəfdən asılıdır). Daha sonra, üzüm qabıqdan ayrılır və sonra yumşaq şəkildə pres olunur. Şərab şərab xəttinə uyğun olaraq həm ağac, həm də polad çənlərdə yaşlanmağa başlayır.
ÇƏHRAYI QARIŞIM
Üzüm əl ilə yığılır, bir neçə dəqiqəyə şərab zavoduna çatdırılır, orada üzüm saplaqları ehtiyatla çıxarılır və hərəkət zamanı temperaturu azaldaraq pres maşınına göndərilir. 1-2 saat sonra meyvə suyu qabıqlarla təmas sonrası, istənilən çəhrayı rəngi alır, bununla da, presləmə prosesi başlaya bilər.
Yüngül şəkildə preslənmiş şirə paslanmayan polad çənlərə köçülür və temperatur nəzarətində (14-16°C) orada təxminən 1 ay fermentasiya olunur. Fermentasiya edildikdən sonra şərab yalnız bir neçə ay müddətinə paslanmayan polad çənlərdə saxlanılır. Qısa yaşlanma dövrü ərzində şərab Battonage texnikası vasitəsilə ideal yetişkənlik səviyyəsinə çatır.
Çəhrayı şərablarımız gənc ikən istehlak edildikdə özünün ən yaxşı ətrini saçır.