Chabiant Wine Harvest Festival – 2021

Chabiant Wine Harvest Festival – 2021
 

04, 11, 18 və 25 sentyabr

Chabiant Wine Harvest - üzüm yığımı festivalı, üzümün yetişmə dövriyyəsinin sonunda qey edilir.
Qaçırılmamalı təcrübə olan festivalda, siz Adriano Çelentanonun "İnadkarın ram edilməsi" filmindəki komandanın bir parçası olacaq, üzüm yığıb, ayaqlarınızla palıd çəlləklərdə onları əzib, musiqi, şərab və yerli yeməklərdən zövq alacaqsınız.
Bələdçimiz sizə şərab zavodunu göstərəcək, şərab istehsalı prosesi haqqında danışacaq. Azərbaycanın ən böyük şərab zirzəmilərindən birini ziyarət edəcək, şərabın saxlanması haqqında məlumat əldə edəcəksiniz. Maraqlı ekskursiyadan sonra sizi şərab dadma gözləyir.
Bunun üçün sadəcə siz bizimlə olmalısız, biz isə sizə əyləncə, isti münasibət, qonaqpərvərlik, dadlı yemək və əlbəttə ki, şərab vəd edirik.

Turun detallarını saytımızda Paketlər bölməsində oxuyun.
Rezervasiya üçün - 051 700 32 72

Az