Şərab istehsalı
İsmayıllı Şərab zavodu, müasir şərabçılığın tələblərinə uyğun olaraq, Avropa istehsalı olan çən və avadanlıqlarla təchiz olunmuşdur. Zavod, Avropa standartları və gigiyena qanunlarına uyğun olaraq, şərabın hazırlanması üçün bütün avadanlığa malikdir və ixrac üçün lazım olan bütün standartlara və keyfiyyətə uyğun olaraq sertifikatlaşdırılmışdır. Şərabın saxlanma və yaşlandırma prosesi üçün, İtaliya istehsalı palıd çəlləklər istifadə olunur.
Zavod il ərzində 1000 ton üzüm emal etmə və 1 milyon şüşə şərab istehsalına malikdir.