Chabiant Guesthouse

Chabiant Guesthouse
 

Chabiant Guesthouse – CHABIANT şərablarının istehsalçısı olan İsmayıllı Şərab-2 şərabçılıq kompleksinin ərazisində yerləşən qonaq evidir. 250 hektar ərazisi olan üzüm bağları Böyük Qafqaza baxan şərab zavodunu əhatə edir. Şərabçılıq kompleksində Qafqazın ən böyük şərab zirzəmilərindən biri yerləşir.

Chabiant Guesthouse
 

Qonaqlama

Əsas binada 2 və ya 3 nəfərin (əlavə bir yataq qoymaqla) yerləşə biləcəyi 13 otaq təklif edirik.

Bundan əlavə, 4-5 nəfərin (əlavə bir yataq qoymaqla) yerləşə biləcəyi 4 ədəd iki otaqlı kotteclərimiz (2 yataq otağı və ümumi hamam otağı) və 6-8 nəfərin yerləşə biləcəyi bir ədəd böyük kottecimiz (3 yataq otağı, qonaq otağı, mətbəx, eləcə də, 2 hamam otağı) var.

Chabiant Guesthouse
 

Burada həmçinin, yay və qış restoranları, yay hovuzu, idman (futbol, tennis, voleybol) və uşaq meydançaları, bilyard və stolüstü tennis otağı var.

Az