3-cü Üzüm və Şərab festivalı
08.09.20247-8 sentyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festivalında Chabiant brendi də iştirak edib!
Festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Festivalda sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin edilib, musiqili proqram və müxtəlif əyləncələr nümayiş olunub.