Chabiant Wine Harvest Festival

Chabiant Wine Harvest - üzüm yığımı festivalı, üzümün yetişmə dövriyyəsinin sonunda qey edilir.
Qaçırılmamalı təcrübə olan festivalda, siz Adriano Çelentanonun "İnadkarın ram edilməsi" filmindəki komandanın bir parçası olacaq, üzüm yığıb, ayaqlarınızla palıd çəlləklərdə onları əzib, musiqi, şərab və yerli yeməklərdən zövq alacaqsınız.
Bələdçimiz sizə şərab zavodunu göstərəcək, şərab istehsalı prosesi haqqında danışacaq. Azərbaycanın ən böyük şərab zirzəmilərindən birini ziyarət edəcək, şərabın saxlanması haqqında məlumat əldə edəcəksiniz. Maraqlı ekskursiyadan sonra sizi şərab dadma gözləyir.
Bunun üçün sadəcə siz bizimlə olmalısız, biz isə sizə əyləncə, isti münasibət, qonaqpərvərlik, dadlı yemək və əlbəttə ki, şərab vəd edirik.

Chaboant Wine Harvest
Chabiant Wine Harvest

Paketə daxildir:

- 1 gecəlik qonaqlama
- üç dəfə yemək (nahar, şam yeməyi, səhər yeməyi)
- 4 növ Chabiant şərabının dequstasiyası
- şərabçılıq kompleksi boyu ekskursiya, şərab istehsalı prosesinin izlənilməsi, Azərbaycanın ən böyük zirzəmilərindən birinə ziyarət
- əyləncə proqramı

Proqram

1-ci gün
13:30 – “Chabiant Winery&Guesthouse”-a çatma və yerləşmə
14:00 – nahar
15:30 – bayram yarışması
16:30 – istirahət
17:00 – şərabçılıq kompleksi boyunca ekskursiya
18:00 – Chabiant şərablarımızın müxtəlif qəlyanaltılar ilə dequstasiyası
19:30 – şam yeməyi
20:30 – əyləncə proqramı

2-ci gün
10:00 – səhər yeməyi

Turun qiyməti

- iki nəfərlik otaqda yerləşdirmə – adambaşına 125 azn
- bir nəfərlik otaqda yerləşdirmə – adambaşına 150 azn
- 6 yaşına qədər uşaqlar – pulsuz
- 12 yaşına qədər uşaqlar – 50% endirim

Az