Rəylər

20.06.2021

Traveled with my wife. Very friendly and decent place. Will be super informative and valuable for wine lovers. I will travel couple more times.

Orkhan
Orkhan
26.09.2020

Şərab kompleksinizdə gözəl bir həftə sonu keçirtdik. Yeməklər, şərab, əyləncə, müsabiqələr, məhsul yığımı, mükafat və hədiyyələr. Siyahını sonsuzadək uzatmaq olar. Müsbət emosiyalar üçün mütləq qayıdacağıq!

Səbuhi Məmmədhüseynov
Səbuhi Məmmədhüseynov
05.02.2020

İlk dəfə olaraq təşkil edilən Wine Tour üçün Şato Monolitin əməkdaşlarına öz təşəkkürümü bildirmək istəyirəm. Hər şey çox mükəmməl təşkil edilmişdir. Yeməklərinizə isə söz ola bilməz. Biz artıq sizin daimi müştəriləriniz olaraq qalacayıq. Sizə uğurlar arzu edirik!

Vüsalə Kazımova-Mirzəyeva
Vüsalə Kazımova-Mirzəyeva
08.01.2020

İlk dəfə Yeni İli sizin oteldə qeyd etdik və çox razı qaldıq. Olduqca dəyərli bir oteldir. Təmizlik, ümumi mühit, əyləncə, səmimi, mülayim və anlayışlı heyət. Və əlbəttə ki, aşpaza xüsusi təşəkkür! Hər şey çox dadlı idi. Keyfiyyətli işiniz üçün hər kəsə çox təşəkkür edirəm!

Mədinə Cəfərova
Mədinə Cəfərova
10.12.2019

Bayram günlərində əla istirahət etdik. Təşəkkürlər! İnanılmaz təbiət, yeməklər, xidmət, hər şey yüksək səviyyədə! Bağ evdindəki kimi çox rahat. Şərab turu çox maraqlı idi, çoxlu yeni şeylər öyrəndik. Mütləq qayıdacağıq!

Rəna Vahidova
Rəna Vahidova
16.11.2019

Gecəni bir villada keçirtdik. Villa geniş otaqları və rahat yataqları olan gözəl bir villa idi. Şərab da yeməklər kimi möhtəşəmdir. Xidmət və heyət də möhtəşəmdir. Bakıdan əla qaçış və Azərbaycanda olduğunuz təqdirdə gəzməyə dəyər bir məkan.

Kequort
Kequort Birləşmiş Krallıq
15.10.2019

Üzüm bağları vadisinə açılan gözəl mənzərə. Sevimli ev sahibləri və işçi heyəti. Hər kəsə təşəkkürlər!

İsmayıl Rəsulov
İsmayıl Rəsulov
05.09.2019

Şəhərdən uzaq istirahət üçün əla məkan. Ləziz yeməklər, rahat atmosfer, mehriban və diqqətli heyət, dadlı şərab! Mənim üçün ən mühüm olan otel otaqlarının təmizliyidir. Burada otaqlar əladır: təmiz, bütün şərait və ləvazimatlar, istilik, çox səliqəli vanna otağı. Bütün otel ərazisində yüksək sürətli internet. Otel dekorunu ayrıca qeyd etmək istəyirəm. Olduqca heyranedicidir, hər yerdə tematikaya riayət olunub.

Şəfəq Rüstəmova
Şəfəq Rüstəmova
17.05.2019

İsmayıllı rayonunda yerləşən Şato Monolitdə bir gün qalmaq fürsətim oldu. İstirahət mərkəzi təxminən 250 hektar ərazini əhatə edən böyük bir üzüm bağına birləşdirilmişdir. Obyektlər fantastikdir və korporativ istirahət üçün möhtəşəm seçimdir. İşçi heyəti əla idi və bizi Toskana üzüm bağları tərzində dizayn edilmiş obyektlərlə tanış etdilər. Bu məkanı çox məsləhət görürəm.

ASEAN_traveller
ASEAN_traveller Vellinqton, Yeni Zelandiya
26.04.2019

İnanılmaz məkandır! Çox mehriban heyət, təmiz otaqlar, dadlı yeməklər və otaqlardan təbiətə açılan möhtəşəm mənzərə, hovuzlu rahat yaşıl terras. Çoxdandır belə istirahət etmirdik. Bayramın əla təşkili üçün təşəkkür edirik! Məznuniyyətlə yenidən Şatoya gələcəyik! Bu rahat və isti məkanı hər kəsə məsləhət görürəm.

Kamilla Əhmədova
Kamilla Əhmədova
Az