Chabiant Vino Nuovo Festival

Chabiant Winery & Guesthouse şərabçılıq kompleksi hər il “Chabiant Vino Nuovo Festival” cavan şərab festivalına ev sahibliyi edir. Bu ənənə Fransadan gəldiyi üçün çoxları onu Beaujolais Nouveau bayramı kimi tanıyır. Bu bayram hər il noyabr ayının üçüncü cümə axşamı günü kiçik Bojo şəhərində keçirilir. Gecə yarısı, şərabçıların və qonaqların toplaşdığı şəhərin əsas meydanında fişənglərin müşayiəti altında çəlləklərdən tıxaclar çıxarılır və budur "Le Beaujolais Nouveau est arrivé!" ("Bojole gəldi!").
Bayram bir çox ölkələrdə qeyd edilir. Məsələn, İtaliyada “Il vino nuovo è pronto!” (“Vino Nuovo hazırdır!”) şüarı altında keçirilir. Müsabiqələr, mükafatlar, atəşfəşanlıq, xeyriyyə auksionu, musiqi, qonaqlara hədiyyə olaraq ənənəvi qlintveynimiz və əlbəttə ki, hər qonaq üçün bir şüşə Vino Nuovo!

Chabiant Vino Nuovo Festival
Chabiant Vino Nuovo Festival

Paketə daxildir:

- 1 gecəlik qonaqlama
- üç dəfə yemək (nahar, şam yeməyi, səhər yeməyi)
- 4 növ Chabiant şərabının dequstasiyası
- şərabçılıq kompleksi boyu ekskursiya, şərab istehsalı prosesinin izlənilməsi, Azərbaycanın ən böyük zirzəmilərindən birinə ziyarət
- əyləncə proqramı

Chabiant Vino Nuovo Festival
Chabiant Vino Nuovo Festival

Turun qiyməti:

- iki nəfərlik otaqda yerləşdirmə – adambaşına 150 AZN
- bir nəfərlik otaqda yerləşdirmə – adambaşına 200 AZN

Chabiant Vino Nuovo Festival
Chabiant Vino Nuovo Festival
Az