Rəylər

30.03.2019

Azərbaycanda ilk dəfə olaraq belə bir məkanda olduq, buranın formatı və bu qədər geniş yayılmış ideyanın orijinal Azərbaycan təfsirində təqdimatı bizi yaxşı mənada təəccübləndirdi. Bu, məkana xarici və yerli qonaqlarda böyük maraq doğuran xüsusi gözəllik və cazibə verir. Fantastik balaca kənd, inanılmaz atmosfer, gözəl insanlar, təzə və ləzzətli yeməklər, peşəkar ekskursiya, əla şərablar və dequstasiya, heyranedici təbiət, mülayim heyət, möhtəşəm menecer, pozitiv enerji, asudə vaxtın yüksək səviyyədə təşkili. Sözlərlə təsvir etmək mümkün deyil. Məsləhət görürəm, özünüz gedib əmin olasınız!

Fatimə
Fatimə
24.10.2018

Fərqli məkanları ziyarət etmişik, yalnız Şato Monolit bir nağıldır! Bu, sözlərlə ifadə olunmaycaq bir atmosferdir. Çox təəssürat aldıq! Bizi bir müştəri kimi deyil, yaxın dost kimi qarşıladılar. Aşpaza xüsusi təşəkkürlər. Hər şey çox dadlı, gözəl və orijinal idi. Şərab zavoduna və zirzəmisinə ekskursiya çox xoşumuza gəldi. Zirzəmi qədim qalalardakı kimi idi. Allah yolunuzu açıq etsin! Mütləq yenidən gələcəyik!

Nina Konstantinova
Nina Konstantinova
15.10.2018

Həftə sonunu keçirtmək və şəhərdən qaçmaq üçün gözəl İsmayıllıda yerləşən Şato Monoliti mütləq ziyarət etməlisiniz. Səliqəli və təmiz, mehriban heyət, heyrətamiz yeməklər və şərab. Çox məsləhət görürəm!

Səbinə Rüstəmova-Əliyeva
Səbinə Rüstəmova-Əliyeva
08.09.2018

Şəhər səs-küyündən sonra mükəmməl şəkildə istirahət etdik. Oxuyan quşlar, gözəl təbiət, yüksək səviyyədə xidmət və bir qədəh Chabiant Rose ilə ləzzətli yeməklər!!! Maraqlı ekskursiya və ləziz dequstasiya üçün təşəkkürlər!

Nigar
Nigar
16.08.2018

Çox rahat bir məkandır. Üzüm bağlarına açılan mənzərə insanı uzaq İtaliyaya aparır. Müvafiq musiqi və mühitli tədbirlər keçirildikdə isə, laqeyd qalmaq sadəcə mümkün deyil! Bu məkanın böyük perspektivləri var!

Səbinə Zülalova
Səbinə Zülalova
Az